16/08/2015

"Sumqayıt" FK "Xəzər Lənkəran"la oyundan 1 xalla ayrıldı


"Sumqayıt" - "Xəzər Lənkəran" 1:1
16 avqust 2015. Saat 21:00. “Kapital Bank Arena”, 1580 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Kamran Bayramov
Dördüncü hakim: Etibar Həsənov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 53 (qeyri-idman hərəkəti); Cəmil Hacıyev, 62 (qeyri-idman hərəkəti); Elnur Abdulov, 83 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 90+4 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) // Rasim Ramaldanov, 64 (qeyri-idman hərəkəti); İlyas Səfərzadə, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Bəxtiyar Həsənalızadə, 10 // Elşən Rzazadə, 37
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
10. Uğur Pamuk
(8. Nuran Qurbanov, 65)
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
16. Elnur Abdulov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
39. Emin Mehdiyev
(15. Nodar Məmmədov, 85)

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
6. Mikayıl Rəhimov
23. Tural Rzayev
77. Fuad Məmmədzadə
96. Elnur Mustafayev

Baş məşqçi: Aqil Məmmədov

“Xəzər Lənkəran”
1. Orxan Sadıqlı
3. Rasim Ramaldanov
8. Elşən Rzazadə
9. Orxan Əliyev
11. Kazım Kazımlı
(32. Zaman Mirzəzadə, 80)
12. İlyas Səfərzadə
14. Rahid Əmirquliyev (k)
18. Tural Cəlilov
27. Adrian Skarlatake
97. Elnur Cəfərov
99. Mahsum Qəmbərli

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə
5. Fərid Əsədov
16. İbrahim Qədirzadə
42. Kamran Abdullazadə
44. Yusif Həsənov
72. Elvin Mirzəyev

Baş məşqçi: Yunis Hüseynov


Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Sumqayıt" Futbol Klubu "Kapital bank Arena"da "Xəzər Lənkəran"ı qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib (1:1).

Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Neftçi"nin qonağı olacaq.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi):“Mövsümdə ilk oyunumuza çıxdıq. Bu qarşılaşmada qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçularda bu istək vardı. Amma sonradan öz səhvimizdən qol buraxıb, 1 xalla kifayətlənməli olduq”.

Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Oyun ağır keçdi. “Xəzər Lənkəran” və “Sumqayıt” komandalarının görüşü həmişə çətin alınır. Biz qalib gəlmək istəyirdik və bunun üçün imkanlarımız da vardı. Futbolçular döyüşdülər və mən komandamdan razı qaldım. Çatışmazlıqlar təcrübəsizlikdən qaynaqlanır. Qarşıda bizi “Rəvan”la ağır oyun gözləyir. Gənclər mübarizə aparırlar, amma onlardan hələ ki, tam razı deyiləm. Öz üzərlərində işləməlidirlər”.