15/08/2015

"Sumqayıt" FK əvəzedicilər "Xəzər Lənkəran" üzərində qələbə qazanıb


Əvəzedicilərin çempionatında 2-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun əvəzediciləri "Kapital Bank Arena"da "Xəzər Lənkəran" üzərində 4:1 hesablı qələbə qazanıb. Komandamızdan qolları Ramil Orucov, Emil Həsənzadə, Xaliq İbrahimov və Aqil Güləhmədov vurub.

"Sumqayıt" - "Xəzər Lənkəran" 4:1
Ramil Orucov, 28. Emil Həsənzadə, 32. Xaliq İbrahimov, 67. Aqil Güləhmədov, 90+4 / Kamal Dənziyev, 15.