10/08/2015

"Sumqayıt" FK 2015/2016 mövsümünə heç-heçə ilə başladı


"Rəvan" - "Sumqayıt" 0:0
10 avqust 2015. Saat 21:00. “Bayıl Arena”, 1000 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Coşqun Həsənov
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Samuel Barlay, 16 (qeyri-idman hərəkəti); Yamin Ağakərimzadə, 79 (qeyri-idman hərəkəti); Cavad Kazımov, 90+2 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, oyun bitdikdən sonra (qeyri-idman hərəkəti) // Uğur Pamuk, 37 (hakim qərarına etiraz); Tofiq Mikayılov, 86 (qeyri-idman hərəkəti); Nodar Məmmədov, oyun bitdikdən sonra (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Ağabala Ramazanov, 40 (ciddi qayda pozuntusu)
Artırılan vaxt: I hissədə 5 dəq.; II hissədə 3 dəq.

“Rəvan”
32. Kostyantin Maxnovskiy
2. Ruslan Tağızadə
21. Novruz Məmmədov
6. Vüqar Bəybalayev
11. Şeriff Suma
18. Samuel Barlay
9. Yamin Ağakərimzadə
99. Nicat Muxtarov
(77. Cavad Kazımov, 84)
22. Məhəmməd Alıyev
(7. Elvin Həsənəliyev, 90+2)
17. Ramazan Abbasov (k)
86. Fərid Quliyev
(25. Oruc Balaşlı, 75)

Ehtiyat oyunçular:
1. Rəşad Əzizli
24. Elçin İsmayılov
14. Elvin Əliyev
4. Kənan Müslümov

Baş məşqçi: Emin Quliyev

“Sumqayıt”
1. Şahruddin Məhəmmədəliyev
(94. Tərlan Əhmədli, 30)
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
7. Pərdis Fərcad-Azad
(22. Tofiq Mikayılov, 80)
10. Uğur Pamuk
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
39. Emin Mehdiyev
(5. Cəmil Hacıyev, 90+3)
55. Ağabala Ramazanov

Ehtiyat oyunçular:
6. Mikayıl Rəhimov
8. Nuran Qurbanov
16. Elnur Abdulov
20. Emil Həsənzadə

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 2015/2016 mövsümünə start verilib. İlk turda səfərdə "Rəvan"la qarşılaşan "Sumqayıt" Futbol Klubu 1 xalla kifayətlənib. Qarşılaşmada qapılara qol vurulmayıb.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Cari çempionatın ilk oyununa çıxdıq. İstənilən komanda üçün ağırdır. Biz 10 nəfər qaldıqdan sonra vəziyyətə nəzarət “Rəvan”ın əlinə keçdi. Buna baxmayaraq, futbolçular mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

Emin Quliyev (“Rəvan”ın baş məşqçisi): “Komandanı yeni formalaşdırmışıq. Çatışmazlıqlar vardı. Ümumi götürsək, yaxşı oynadıq. Futbolçulara təşəkkür edirəm. Əvəzlənən zaman etiraz edən Fərid Quliyevi cəza gözləyir”.