05/08/2015

"Rəvan" - "Sumqayıt" FK oyunu avqustun 10-da keçiriləcək


Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümü üçün ilk turun oyun cədvəli müəyyənləşib. "Sumqayıt" Futbol Klubu ilk turda səfərdə "Rəvan"la üz-üzə gələcək. Avqustun 8-də keçirilməsi nəzərdə tutulan qarşılaşma avqustun 10-da baş tutacaq. "Bayıl Arena"da keçiriləcək görüş saat 21:00-da start götürəcək.

"Rəvan"la "Sumqayıt" FK-nun əvəzedici komandaları isə bir gün əvvəl avqustun 9-da qarşılaşacaq. Bu oyunda "Bayıl Arena"da baş tutacaq və saat 21:15-də start götürəcək.