04/08/2015

"Sumqayıt" FK fitness zalında hazırlaşıb


Yeni mövsümün hazırlğının son mərhələsində olan "Sumqayıt" Futbol Klubu Premyer Liqanın ilk turunda səfərdə "Rəvan"ın qonağı olacaq. Artıq bu oyun üçün çalışmalara başlayan Aqil Məmmədovun komandası bu gün səhər fiziki hazırlıq üzərində fitness zalında çalışıb. Komandada zədəli futbolçu yer almır. "Sumqayıt" FK axşam məşqində topla çalışmalara üstünlük verəcək. Axşam məşqi isə saat 19:00-da "Kapital Bank Arena"da olacaq.