02/08/2015

3 futbolçumuz U-19 millisinə dəvət alıb


Azərbaycanın U-19 milli komandası 2015-ci il avqustun 2-dən 8-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Bununla əlaqədar olaraq, "Sumqayıt" Futbol Klubunun 3 futbolçusu - Xəyal Nəcəfov, Ramil Orucov və Emil Həsənzadə U-19-un düşərgəsinə dəvət edilib.