03/08/2015

"Sumqayıt" FK Amit Quluzadəni heyətinə qatıb


Bir müddət əvvəl Ayaz Mehdiyev və Elnur Abdulovla müqavilə imzalayan "Sumqayıt" Futbol Klubu Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə ilə güclənib. 1992-ci il təvəllüdlü adıçəkilən futbolçu komandamızla 1 illik müqavilə imzalayıb. Amit "Sumqayıt" FK-da 24 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Amit karyerası ərzində "Neftçi", "Kayseri Erciyesspor", "Rəvan", "Qəbələ" və Portuqaliyanın "Atletiko" CP klublarının şərəfini qoruyub.