03/08/2015

Əvəzedicilərimiz yoxlama oyununda qələbə qazanıb


"Sumqayıt" FK-nun əsas komandası kimi əvəzedicilər də yeni mövsüm üçün hazırlığını tamamlamaq üzrədir. Hazırlıq mərhələsi çərçivəsində Samir Abasovun rəhbərlik etdiyi B komandamız yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız "Neftçi"nin 19 yaşadək futbolçulardan ibarət komandasını 2:1 hesabı ilə üstələyib. "Sumqayıt" FK-dan Şahin Əliyev dubl edib.