11/07/2015

"Sumqayıt" FK AZAL-la yoxlama oyununda qüvvəsini sınayıb


Premyer Liqanın 2015/2016 mövsümü üçün hazırlığa start verən "Sumqayıt" Futbol Klubu növbəti yoxlama oyununu keçirib. Komandamız "Kapital Bank Arena"da AZAL-la qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Bu görüşdə Ağabala Ramazanov dubl edib.

Qeyd ki, "Sumqayıt" FK iyulun 14-dən etibarən təlim-məşq toplanışına toplaşacaq.