09/07/2015

"Sumqayıt" FK növbəti yoxlama oyununu keçirib


Premyer Liqanın 2015/2016 mövsümü üçün hazırlığa start verən "Sumqayıt" Futbol Klubu növbəti yoxlama oyununu keçirib. Komandamız "Kapital Bank Arena"da 19 yaşadək futbolçulardan ibarət milli ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "Sumqayıt" FK 2:1 hesabi ilə qələbə qazanıb. Komandamızdan qolları Vurğun Hüseynov və Ağabala Ramazanov vurub.

Xatırladaq ki, "Sumqayıt" FK hazırlığın ilkin mərhələsi dövründə növbəti yoxlama oyununu iyulun 11-də AZAL-a qarşı keçirəcək. Həmin görüş saat 19:00-da "Kapital Bank Arena"da baş tutacaq.