06/07/2015

"Sumqayıt" FK "Kəpəz"lə yoxlama oyunu keçirib


Premyer Liqanın 2015/2016 mövsümü üçün hazırlığa start verən "Sumqayıt" Futbol Klubu ilk yoxlama oyununu keçirib. Komandamız "Dalğa Arena"da "Kəpəz"ə minimal hesabla məğlub olub.

Xatırladaq ki, "Sumqayıt" FK hazırlığın ilkin mərhələsi dövründə daha 2 yoxlama oyunu keçirəcək. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 9-da U-19 millisi və 11-də AZAL-la üz-üzə gələcək.