02/07/2015

"Sumqayıt" FK 2015/2016 mövsümü üçün hazırlığa start verib


"Sumqayıt" Futbol Klubu istirahəti başa vurub. Komandamız Premyer Liqanın 2015/2016 mövsümü üçün hazırlığa start verib. "Kapital Bank Arena"da baş tutan ilk məşq günündə yeni transferlər - Ağabala Ramazanov, Emin Mehtiyev, Nuran Qurbanov və Məhəmməd Alıyev də iştirak edib. Komandamızın növbəti məşqi bu gün saat 19:00-da start götürəcək. "Sumqayıt" FK iyulun 15-dən etibarən təlim-məşq toplanışına yığışacaq.

Xatırladaq ki, "Sumqayıt" FK hazırlığın ilkin mərhələsi dövründə 3 yoxlama oyunu keçirəcək. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 5-də "Kəpəz", 9-da U-19 millisi və 11-də AZAL-la üz-üzə gələcək.