02/07/2015

"Kəpəz"lə oyunun vaxtı dəyişdirilib, "Sumqayıt" FK U-19 millisi ilə qarşılaşacaq


"Sumqayıt" Futbol Klubu 2015/2016 mövsümünün hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu iyulun 4-də "Kəpəz"ə qarşı keçirməli idi. Lakin qarşılıqlı razılıq əsasında həmin görüş bir gün sonra iyulun 5-nə keçiriləcək. Görüş saat 18:00-da "Dalğa Arena"da baş tutacaq. 

Aqil Məmmədovun komandası 2-ci yoxlama oyununu iyulun 9-da 19 yaşadək futbolçulardan ibarət milli komandamıza qarşı keçirəcək. Həmin qarşılaşma saat 18:00-da "Kapital Bank Arena"da keçiriləcək.

"Sumqayıt" FK 3-cü yoxlama oyununda iyulun 11-də AZAL-la üz-üzə gələcək. Həmin görüş "Kapital Bank Arena"da saat 19:00-da start götürəcək.