28/06/2015

"Sumqayıt" FK "Kəpəz" və AZAL-la qarşılaşacaq


"Sumqayıt" Futbol Klubu 2015/2016 mövsümü üçün hazırlığın ilk mərhələsinə iyulun 1-də start verəcək. Komandamız gündə 2 dəfə olmaqla "Kapital Bank Arena"da hazırlaşacaq. Bu müddət ərzində "Sumqayıt" FK 3 yoxlama matçı keçirəcək. Komandamız ilk olaraq iyulun 4-də "Kəpəz"lə üz-üzə gələcək. Həmin qarşılaşma saat 18:00-da "Dalğa Arena"da baş tutacaq.
"Sumqayıt" FK növbəti yoxlama oyununu iyulun 11-də AZAL-a qarşı keçirəcək. Həmin görüş isə "Kapital Bank Arena"da saat 19:00-da start götürəcək. Digər rəqib barəsində isə məlumat veriləcək.