22/06/2015

"Sumqayıt" FK Məhəmməd Qurbanovu "Neftçi"yə satıb


"Sumqayıt" Futbol Klubu uğurlu transfer siyasətini həyata keçirməkdədir. Belə ki, komandamız A millinin hücumçusu Məhəmməd Qurbanovu "Neftçi" Peşəkar Futbol Klubuna satıb. Paytaxt təmsilçisi 23 yaşlı futbolçunun qarşılığında müəyyən məbləğdə vəsait və müdafiəçi Emin Mehtiyevi "Sumqayıt" FK-na verib. Mehdiyevin yaxın vaxtlarda komandamızla müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, 2014-cü ilin yanvarından "Sumqayıt" FK-da çıxış edən Məhəmməd Qurbanov Premyer Liqada ümumilikdə 19 qola imza atıb.