09/06/2015

Nodar Məmmədovla 1 illik müqavilə imzalanıb


Buna qədər Vurğun Hüseynov və Murad Ağayevlə yeni müqavilə imzalayan "Sumqayıt" Futbol Klubu daha bir futbolçunu heyətdə saxlayıb. Nodar Məmmədov komandamızla müqavilənin müddətini daha 1 il müddətinə uzadıb.

Qeyd edək ki, Nodar Məmmədov 2014/2015 mövsümündə Premyer Liqada ümumilikdə 27 qarşılaşmada 2194 dəqiqə meydanda olub.