08/06/2015

Cavid Fərzəliyev "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində hazırlıq keçəcək


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə iyunun 1-dən etibarən Bayıl stadionunda keçirilən “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışı başa çatıb. Toplanışın son günündə 34 uşaq arasından seçilən və İngiltərənin Mançester şəhərinə - "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində hazırlıq keçməyə göndəriləcək uşaqlar müəyyənləşdirilib. 5 nəfərlik siyahıda "Sumqayıt" Futbol Klubunun akademiyasının üzvü Cavid Fərzəliyev də yer alıb. Siyahını diqqətinizə çatdırırıq:

Cavid Fərzəliyev – qapıçı (Sumqayıt)ihad Xәlilli (Sumqayıt)
Nihad Fərəci (Gəncə)
İbrahim Ağayarov (Bakı)
Elmar Әzizov – qapıçı (Xaçmaz)