03/06/2015

"Sumqayıt" FK Ağabala Ramazanovu heyətinə qatıb


"Sumqayıt" Futbol Klubu 2015/2016 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Komandamız Məhəmməd Alıyev və Nuran Qurbanovun ardından daha bir futbolçunu heyətinə qatıb. Belə ki, son olaraq "Xəzər Lənkəran"da çıxış etmiş Ağabala Ramazanov növbəti mövsümdən "Sumqayıt" FK-nun uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.