03/06/2015

"Yay Futbol Düşərgəsi" layihəsinə start verilib


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsinə start verilib. 

İki iyun tarixində start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək. "Yay Futbol Düşərgəsi" layihəsinə nəzarəti "Sumqayıt" Futbol Klubunun texniki direktoru Frank Bernhardt edir.

Xatırladaq ki, "Sumqayıt" FK məhz "Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu ilə ötən il də "Yay Futbol Düşərgəsi" layihəsi keçirmişdi.