02/06/2015

"Sumqayıt" FK 2014/2015 mövsümü statistika / FUTBOLÇULAR


Topaz Premyer Liqasında 2014/2015 mövsümü başa çatıb. Arxada qalan 36 tur ərzində "Sumqayıt" Futbol Klubunun baş məşqçisi Aqil Məmmədov ümumilikdə 28 futbolçunun xidmətindən yararlanıb. 36 tur ərzində "Sumqayıt" FK-da ən çox forma geyinmiş futbolçular - Slavik Alxasov, Məhəmməd Qurbanov, Aleksandr Çertoqanov, Bəxtiyar Həsənalızadə, Tofiq Mikayılovdur. Oyun etibarı ilə 31 qarşılaşmada forma geyinmiş Slavik Alxasov ümumilikdə 2407 dəqiqə meydanda olub. Dəqiqə etibarı ilə isə ən çox meydanda olan futbolçu Məhəmməd Qurbanovdur. Mövsümü 13 qolla başa vuran bombardirimiz 30 görüşdə 2570 dəqiqə oynayıb. Aleksandr Çertoqanov 30 qarşılaşmada 2564 dəqiqə Tofiq Mikayılov isə 30 oyunda 2318 dəqiqə meydanda olub.

Mövsüm ərzində ən az oyun keçirmiş futbolçular isə komandadan ayrılmış Şəhriyar Xəlilov, Ceyhun Cavadov və əvəzedici heyətdən əsas komandaya cəlb olunmuş Şahin Əliyev, Xəyal Nəcəfov və Mikayıl Rəhimovdur.

Slavik Alxasov (31) - 2407
Məhəmməd Qurbanov (30) - 2570
Aleksandr Çertoqanov (30) - 2564
Bəxtiyar Həsənalızadə (30) - 2318
Tofiq Mikayılov (30) - 2271
Vurğun Hüseynov (28) - 2437
Nodar Məmmədov (27) - 2194
Orxan Əliyev (27) - 1624
Tərzin Cahangirov (26) - 1878
Ruslan Poladov (26) - 1660 dəqiqə
Cəmil Hacıyev (21) - 1783
Andrey Popoviç (20) - 1800
Murad Ağayev (15) - 1031
Təvəkkül Məmmədov (14) - 742
Şahruddin Məhəmmədəliyev (13) - 1170
Uğur Pamuk (13) - 458
Pərdis Fərcad-Azad (13) - 764
Budaq Nəsirov (11) - 397
Ramazan Abbasov (10) - 637
Kiyan Sultanpur (10) - 310
Murad Ağayev (5) - 209
Fərid Quliyev (5) - 111
Tagim Novruzov (4) - 271
Şahin Əliyev (3) -49
Mikayıl Rəhimov (2) - 180
Ceyhun Cavadov (1) - 7
Xəyal Nəcəfov (1) - 3
Şəhriyar Xəlilov (1) - 3