28/05/2015

"Sumqayıt" FK 2014/2015 mövsümünü qələbə ilə başa vurdu


"Sumqayıt" - "İnter" 3:1
28 may 2015. Saat 19:00. “Kapital Bank Arena”, 1500 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Namiq Hüseynov
Dördüncü hakim: Elman Musayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Cəmil Hacıyev, 17 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 43 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 63 (qeyri-idman hərəkəti)
Qollar: Pərdis Azad, 37; Məhəmməd Qurbanov, 45, 67 // İlkin Sadıqov, 7
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 2 dəq.

“Sumqayıt”
63. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
(76. Uğur Pamuk, 46)
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
17. Pərdis Fərcad-Azad
18. Aleksandr Çertoqanov (k)
22. Tofiq Mikayılov
(11.Şahin Əliyev, 80)
45. Murad Ağayev
(8. Budaq Nəsirov, 71)
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
55. Məhərrəm Məmmədli
6. Mikayıl Rəhimov
10. Tərzin Cahangirov
97. Xəyal Nəcəfov

Baş məşqçi: Aqil Məmmədov

“İnter”
96. Elşən Poladov (k)
44. Tural Hümbətov
97. Fərid Abbaslı
20. Sərtan Taşkın
89. Qaraxan Əliyev
18. Mansur Nəhavəndi
(61. Ruzigar İbrahimzadə, 83)
69. Fərhad Budaqov
(14. Məhəmməd Məhəmmədov, 24)
42. Ülvi İbazadə
(77. Vüsal Nağıyev, 76)
13. Mirsahib Abbasov
39. Elnur Süleymanov
45. İlkin Sadiqov

Ehtiyat oyunçular:
72. İsmayıl Muradov
29. Bilal Əliyev
95. Azər Yusifov
50. Elməddin Hüseynzadə

Məşqçi: Roman Cəfərov

Topaz Premyer Liqasında 2014/2015 mövsümü başa çatıb. Son turda "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "İnter"i qəbul edib. Komandamız oyundan 3:1 hesablı qələbə ilə ayrılıb. "Sumqayıt" FK-nun heyətində Məhəmməd Qurbanov dubl ediv, digər qolu isə Pərdis Fərcad Azad vurub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Qələbə münasibəti ilə azarkeşləri təbrik edirəm. Sumqayıtlı futbol fanatları bizə hər zaman dəstək oldular. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Digər tərəfdən “İnter”in heyətində çıxış edən gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Həmin oyunçuların bir neçəsini bəyəndim. Düşünürəm ki, gənc oyunçular Premyer Liqada oynamağa hazırdırlar. Düzdür, indiyə qədər “İnter”i məğlub edə bilməmişdik. Çempionatın sonuncu turundakı oyunumuz tarixə düşdü, amma mən bu qələbəni tarixi uğur hesab etmirəm”.

Roman Cəfərov (“İnter”in məşqçisi): “Əvəzedici heyətlərin çempionatında qızıl medal qazanan futbolçulara şans vermişdik. Məqsədimiz odur ki, gənc futbolçular heyətdə möhkəmlənsinlər. Bu gün hesabı biz açsaq da, qələbə üçün təcrübəmiz çatmadı. Hesab oyuna görə oldu”.