26/05/2015

"Futbol və Sağlam Həyat" adlı layihə başa çatıb


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, AFFA-nın dəstəyi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" layihəsi başa çatıb. Layihə son mərhələsi Sumqayıtın 12 saylı orta məktəbində və H. Zeynalabdin Tağıyev adına qəsəbədə yerləşən 6 saylı orta məktəblərində baş tutub. Tədbirdə həmin məktəblərlə yanaşı 14 məktəbin şagirdləri iştirak edib. Ümumilikdə, 2 gün ərzində layihə çərçivəsində 140-dan artıq şagird iştirak edib. Tədbirdə nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nun texniki direktoru Frank Bernhardt şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nun əsas və əvəzedici komandasının üzvləri, akademiyanın futbolçu, məşqçi heyəti iştirak edib.

Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsini keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.

Xatırladaq ki, "Futbol və Sağlam Həyat" adlı layihə Sumqayıtda yerləşən 48 orta məktəbi əhatə edib. Layihədə 500-dən artıq şagird iştirak edib.