25/05/2015

Məhəmməd Qurbanov A milli komandaya çağırılıb


Azərbaycan milli komandasının iyunun 7-də Avstriyada Serbiya yığması ilə keçirəcəyi yoldaşlıq oyunu və Avro-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Oslo şəhərində Norveç komandası ilə keçirəcəyi qarşılaşma üçün heyəti açıqlanıb. "Sumqayıt" Futbol Klubunun hücumçusu Məhəmməd Qurbanov heyətə cəlb olunub.

Bundan başqa, komandamızın üzvü Xəyal Nəcəfov isə U-19-un heyətinə cəlb olunub.