22/05/2015

"Sumqayıt" FK "Xəzər Lənkəran" üzərində qələbə qazanıb


"Sumqayıt" - "Xəzər Lənkəran" 2:0
22 may 2015. Saat 18:00. “Kapital Bank Arena”, 1000 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, İsgəndər Əliyev
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: S. Alxasov, 32. N. Məmmədov, 45 // A. Skarlatake, 27.
Qırmızı vərəqə: A. Skarlatake, 89.
Qollar: M. Qurbanov, 13. T. Mikayılov, 28.
Artırılan vaxt: I hissədə - dəq.; II hissədə - dəq.

“Sumqayıt”
63. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
14. Məhəmməd Qurbanov
(76. Uğur Pamuk, 69)
15. Nodar Məmmədov
17. Pərdis Fərcad-Azad
(97. Xəyal Nəcəfov, 90+3)
18. Aleksandr Çertoqanov (k)
22. Tofiq Mikayılov
(10. Tərzin Cahangirov, 78)
45. Murad Ağayev
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
55. Məhərrəm Məmmədli
6. Mikayıl Rəhimov
8. Budaq Nəsirov
11.Şahin Əliyev

Baş məşqçi: Aqil Məmmədov

“Xəzər Lənkəran”
25. Tərlan Qasımzadə
3. Rasim Ramaldanov
8. Elşən Rzazadə
14. Rahid Əmirquliyev (k)
17. Kazım Kazımlı
(34. Elnur İsmayılov, 70)
18. Tural Cəlilov
27. Adrian Skarlatake
42. Kamran Abdullazadə
(12. İlyas Səfərzadə, 62)
63. Alfred Sankoh
(4. Ruslan Cəfərov, 54)
72. Elvin Mirzəyev
97. Elnur Cəfərov

Ehtiyat oyunçular:
1. Orxan Sadıqlı
32. Zaman Mirzəzadə
16. İbrahim Qədirzadə
99. Mahsun Qəmbərli

Məşqçi: Elbrus Məmmədov

Topaz Premyer Liqasında 35-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə üstələyib. Komandamızdan qolları Məhəmməd Qurbanov və Tofiq Mikayılov vurub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Yaxşı oynadıq. Azarkeşləri, futbolçuları təbrik edirəm. Düşünürəm ki, oyunumuzun nəticəsi qələbə olmalı idi. Mən rəqibin qapıçısı Tərlan Qasımzadənin oyununu qeyd etməliyəm. Daha çox qol vura bilərdik. Amma Tərlan yaxşı çıxış etdi”.

Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın məşqçisi): “Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Başlanğıc bizim üçün yaxşı alındı. Daha sonra kiçik səhv etdik. Bu qolu buraxdıqdan sonra oyunumuzda anarxiya yarandı. İkinci qolu buraxdıqdan sonra dönüş edə bilmədik. Tərlan Qasımzadə qol buraxsa da, oyunun ən yaxşılarından idi. Onun gələcəyi var”.