22/05/2015

2 futbolçumuz “Mançester Yunayted” Yay Futbol Məktəbinə seçilib


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimləri davam etdirir. Növbəti seçim prosesi Sumqayıt şəhərində keçirilib. Nəticələrə əsasən, 6 futbolçu - Murad Abdullayev, Tural Axverdiyev, Nihad Xəlilli, Alı Alıyev, Ayxan Azadov və Hüseyn Yusifzadə seçimlərdən uğurla keçib. Qeyd edək ki, Ali Alıyev və Hüseyn Yusifzadə "Sumqayıt" FK-nun akademiyasının üzvüdür.