21/05/2015

"Futbol və Sağlam Həyat" adlı layihə Sumqayıt məktəblərində davam edir


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, AFFA-nın dəstəyi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" layihəsi davam edir. Layihə bu dəfə Sumqayıtın 33 və 28 saylı orta məktəblərində baş tutub. Tədbirdə həmin məktəblərlə yanaşı 7, 34, 27, 37, 25, 14, 15, 17, 5, 37, 13, 10 və 3 saylı orta məktəblərin şagirdləri iştirak edib. Ümumilikdə, 2 gün ərzində layihə çərçivəsində 120-dən artıq şagird iştirak edib.
Tədbir bir dəqiqəlik sükutla başlayıb. Belə ki, bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş yanğında dünyasını dəyişən vətəndaşlarımızın xatirəsi yad edilib. Ardınca "Sumqayıt" FK-nun texniki direktoru Frank Bernhardt şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nun əvəzedici komandasının üzvləri, akademiyanın futbolçu, məşqçi heyəti və "Paşa Həyat Sığorta" ASC-nin nümayəndələri iştirak edib.

Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsini keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.