18/05/2015

"Futbol və Sağlam Həyat" adlı layihə 28 və 22 saylı orta məktəbdə keçirilib


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, AFFA-nın dəstəyi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" layihəsi davam edir. Layihə bu dəfə Sumqayıtın 28 və 22 saylı orta məktəblərində baş tutub. Tədbirdə həmin məktəblərlə yanaşı 30, 21, 24, 31, 26, 34, 29, 22 və 23 saylı orta məktəblərin şagirdləri iştirak edib. Ümumilikdə, 2 gün ərzində layihə çərçivəsində 100-dən artıq şagird iştirak edib. Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nun texniki direktoru Frank Bernhardt şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nun baş meneceri Ceyhun Sultanov, əvəzedici komanda və akademiyanın futbolçu, məşqçi heyəti iştirak edib.

Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsini keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.