16/05/2015

"Sumqayıt" FK "Qarabağ"la qarşılaşmadan minimal hesablı məğlubiyyətlə ayrılıb


"Qarabağ" - "Sumqayıt" 1:0
16 may 2015. Saat 20:00. “Bakcell Arena”, 4000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Vüsal Qənbərov
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Ansi Aqolli, 90+2 (hakim qərarına etiraz) // Mikayıl Rəhimov, 70 (qeyri-idman hərəkəti); Şahin Əliyev, 90+2 (qeyri-idman hərəkəti)
Qollar: Leroy Corc, 33
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

“Qarabağ”
13. İbrahim Şehiç
2. Qara Qarayev
5. Maksim Medvedev
9. Reynaldo
17. Vüqar Nadirov
(7. Namiq Yusifov, 80)
20. Riçard Almeyda
(6. Hacı Əhmədov, 90+2)
24. Admir Teli (k)
25. Ansi Aqolli
41. Leroy Corc
(18. İlqar Qurbanov, 90+1)
55. Bədavi Hüseynov
77. Cavid Tağıyev

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
11. Danilo Dias
21. Tural Rzayev
33. Şəhriyar Əliyev

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
63. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
(11.Şahin Əliyev, 52)
6. Mikayıl Rəhimov
8. Budaq Nəsirov
10. Tərzin Cahangirov
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
45. Murad Ağayev
(18. Aleksandr Çertoqanov, 46)
76. Uğur Pamuk
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
1. Andrey Popoviç
5. Cəmil Hacıyev
9. Orxan Əliyev
17. Pərdis Fərcad-Azad
22. Tofiq Mikayılov

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Qarabağ"a minimal hesabla məğlub olub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Məğlub olmağımıza baxmayaraq, komandamızın çıxışından razı qaldım. Şahin Əliyev, Budaq Nəsirov kimi oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Növbəti mövsüm hansı dəyişikliklərin olacağını deyə bilmərəm. Əgər yaxşı nəticə qazanmaq istəyiriksə, dəyişikliklər etməliyik. Konkret məqsədlər uğrunda mübarizə aparmaq istəyirik”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Qarabağ” komandasına aidiyyatı olan hər kəsi çempionluq münasibəti ilə təbrik etmək istəyirəm. Son turlar bir qədər ağır, stressli alındı. Ümumiyyətlə, ağır mövsüm keçirdik. Çətin mübarizədən sonra çempion olduq. Futbolçular layiqli mübarizə apardılar. Düzdür, son iki oyunda enişin olduğu deyilirdi. Biz bunu normal qarşıladıq. Çünki səfərdə iki çətin rəqibə qarşı çıxış etdik. Bütün bu çətinliklərdən sonra çempion olduq. Mübarizə aparan, xarakter nümayiş etdirən oyunçularım nəticə üçün oynamağı bacardılar. Bizi “İnter” kimi rəqib izləyirdi. Həmin komanda bizi bir an rahat buraxmadı, nəfəs almağımıza imkan vermədi. “Qəbələ” – “İnter” oyununa baxarkan düşünürdüm ki, “İnter” son saniyələrdə də qol vurmağı bacaran komandadır. İndi qarşıda bizi Azərbaycan Kubokunun finalı gözləyir. Həmin matça qədər vaxtımız var. Belə bir şans futbolçunun, məşqçinin əlinə həmişə düşmür. Vəziyyətdən düzgün istifadə etməyi bacarmalıyıq. Transfer məsələsi daima problemli mövzudur. İndiki məqamda bu barədə danışmaq istəmirəm. Bir qədər istirahət edək, daha sonra bu barədə ümumi danışarıq. Sadəcə, deyim ki, çempionluqda hər bir futbolçunun əməyi var. Cari çempionluq mənim üçün daha çətin oldu. Hesab edirəm ki, adı qoruyub-saxlamaq onu qazanmaqdan daha çətindir. Çempionluğu necə qeyd edəcəyimizi hələ müəyyənləşdirməmişik. Yəqin ki, belə bir tədbir keçirib, sizi də bu mərasimə dəvət edəcəyik”.