08/05/2015

"Sumqayıt" FK "Qəbələ" ilə qarşılaşıb


"Sumqayıt" - "Qəbələ" 0:2
08 may 2015. Saat 18:00. “Kapital Bank Arena”, 1500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Zeynal Zeynalov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: B. Nəsirov, 85, M. Rəhimov, 87 // E. Camalov, 11. R. Abışov, 31. MendiŞ 53
Qırmızı vərəqə: R. Tağızadə, 83.
Qollar: Qay, 39. Mendi, 41.
Artırılan vaxt: I hissədə - dəq.; II hissədə - dəq.

“Sumqayıt”
63. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
(8. Budaq Nəsirov, 75)
6. Mikayıl Rəhimov
(11.Şahin Əliyev, 90+2)
15. Nodar Məmmədov
17. Pərdis Fərcad-Azad
18. Aleksandr Çertoqanov (k)
22. Tofiq Mikayılov
45. Murad Ağayev
76. Uğur Pamuk
(9. Orxan Əliyev, 61)

Ehtiyat oyunçular:
1. Andrey Popoviç
10. Tərzin Cahangirov
20. Elmin Ağayev
92. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Aqil Məmmədov

“Qəbələ”
22. Dmitri Bezotosnı
4. Elvin Camalov
(16. Ruslan Tağızadə, 46)
6. Rəşad Sadiqov
9. Viktor Mendi
15. Ruslan Abışov (k)
19. Aleksey Qay
20. Rikardinyo
27. Bəxtiyar Soltanov
34. Ürfan Abbasov
44. Rafael Santos
90. Ekiqo Ehiosun
(18. Ruslan Fomin, 74)

Ehtiyat oyunçular:
30. Anar Nəzirov
5. Sadiq Quliyev
17. Qismət Alıyev
26. Pavol Farkaş
32. Mixail Sivakov

Baş məşqçi: Roman Qriqorçuk

Topaz Premyer Liqasında 33-cü turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Qəbələ" ilə qarşılaşıb. Qonaqlar oyundan 2:0 hesablı qələbə ilə ayrılıb.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Deyərdim ki, güclü oyun nizam-intizamı olan bir komandaya qarşı mübarizə apardıq. “Qəbələ”nin uğurlu seriyası təsadüfi deyil. Çox keyfiyyətli oyunçulara malik bir komandaya qarşı çıxış etdik. İlk hissədə futbolçularım sanki yatmışdılar. Çox səhvlər etdik. İkinci hissədə yaxşı mübarizə aparsaq da, bu məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı. Çalışacağıq ki, bu oyunu unudub qarşıdakı çətin matça hazırlaşaq”.

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Oyun gözlədiyimiz kimi çətin keçdi. Sumqayıtda süni örtüklü meydançada oynamaq ağırdır. Əvvəlki oyunlarla müqayisədə baxımlı futbol sərgiləyə bilmədik. Amma ümumi götürsək, çox da ideal olmayan meydançadakı oyunu qalib başa vurduğumuza görə şadam. Elvin Camalovu meydançadan çıxarmağımın səbəbi sarı vərəqə alması idi. Düşündüm ki, gənc oyunçu digər epizodlarda ehtiyat eləməz, passivində sarı vərəqəsi olduğunu unudar. Yaxşı ki, onun yerinə meydançaya daxil olan Ruslan Tağızadə qırmızı vərəqəni daha tez yox, bir qədər gec aldı. Bu isə sözsüz ki, heç də yaxşı məqam deyil”.