01/05/2015

"Sumqayıt" FK "Neftçi" üzərində qələbəni son dəqiqələrdə əldən verdi


"Neftçi" - "Sumqayıt" 2:2
01 may 2015. Saat 20:00. “Bakcell Arena”, 1200 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Kamran Bayramov
Dördüncü hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Əziz Quliyev, 47 (qeyri-idman hərəkəti) // Aleksandr Çertoqanov, 32 (qeyri-idman hərəkəti); Tofiq Mikayılov, 79 (qeyri-idman hərəkəti); Məhəmməd Qurbanov, 90 (fitdən sonra topa zərbə vurduğu üçün)
Qırmızı vərəqə: Nikolas Kanales, 45 (Bilərəkdən rəqibi ayaqla vurduğuna görə)
Qollar: Nikolas Kanales, 14; Samir Məsimov, 87 // Slavik Alxasov, 10; Məhəmməd Qurbanov, 18
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Neftçi”
1. Aqil Məmmədov
4. Rahil Məmmədov
5. Elvin Yunuszadə (k)
7. Araz Abdullayev
8. Elşən Abdullayev
(21. Samir Məsimov, 78)
10. Julius Vobay
11. Nikolas Kanales
15. Erik Ramos
16. Əziz Quliyev
(22. Rauf Əliyev, 55)
18. Kaue da Silva
28. Emin Mehtiyev
(90. Ernest Nfor, 46)

Ehtiyat oyunçular:
30. Saşa Stamenkoviç
49. Mirabdulla Abbasov
88. Mirkamil Haşımlı
95. Elvin Bədəlov

Baş məşqçi: Arif Əsədov

“Sumqayıt”
63. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
(9. Orxan Əliyev, 57)
17. Pərdis Fərcad-Azad
18. Aleksandr Çertoqanov (k)
22. Tofiq Mikayılov
(76. Uğur Pamuk, 81)
45. Murad Ağayev
(10. Tərzin Cahangirov, 63)
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
55. Məhərrəm Məmmədli
6. Mikayıl Rəhimov
8. Budaq Nəsirov
97. Xəyal Nəcəfov

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 32-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Bakcell Arena"da "Neftçi" ilə üz-üzə gəlib. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Son dəqiqələrdə qol buraxmağımız mənə pis təsir elədi. Ümumilikdə götürsək maraqlı, baxımlı oyun alındı. Məndən başqa heç kim bizim oyundan narazı qala bilməz. Çatışmayan cəhət odur ki, qol imkanlarını tam dəyərləndirə bilmədik. Açığı, etdiyim əvəzetmələr uğurlu alınmadı. Meydançaya çıxan futbolçular gücümüzə güc qata bilmədilər”.

Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “İlk növbədə mən azarkeşlərdən üzr istəyirəm. “Neftçi” “Sumqayıt”ı məğlub etməlidir. Görünür, bəzi futbolçuların səviyyəsi “Neftçi”nin səviyyəsi ilə uzlaşmır. Bəzi futbolçular dərk etmir ki, hansı klubun formasını daşıyırlar. Odur ki, islahatlar həyata keçirməyin vaxtı çatıb. “Sumqayıt”ı təbrik edirəm, onlara gələn oyunlarda uğurlar arzu edirəm. Heyətdə problemlər var. Cinah müdafiəçiləri baxımından problemlərimiz mövcuddur. Məcburiyyətdən bir sıra oyunçuları özləri üçün yad olan mövqelərdə oynatdım. Mən özüm bilirəm ki, hansı futbolçular “Neftçi”yə layiqdir. Oyunçulara dedim ki, qarşıdakı oyunlar sizin üçün imtahandır. Oyunçular “Neftçi”də qalmağa layiq olduqlarını sübut etməlidirlər”.