27/04/2015

Ümummilli Liderin xatirəsinə həsr edilmiş turnir keçiriləcək


"Sumqayıt" Futbol Klubunun təşəbbüsü, "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş idarə, müəssisə, təşkilat və həvəskar komandalar arasında futbol turniri təşkil ediləcək. Yarışda 12 komanda mübarizə aparacaq. Aprelin 30-da start götürəcək turnirin oyunları "Kapital Bank Arena"da keçiriləcək.