25/04/2015

"Sumqayıt" FK "Simurq" üzərində qələbə qazanıb


"Sumqayıt" - "Simurq" 1:0
25 aprel 2015. Saat 17:00. “Kapital Bank Arena”, 1100 tamaşaçı
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Rəvan Həmzəzadə, Azər Əsgərov
Dördüncü hakim: Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Pərdis Fərcad-Azad, 77 (qeyri-idman hərəkəti); Şahruddin Məhəmmədəliyev, 89 (oyunun bərpasını ləngitdiyinə görə) // Elnur Abdullayev, 31 (qeyri-idman hərəkəti); Tural Axundov, 90+3 (qeyri-idman hərəkəti); Rəşad Eyubov, 90+4 (qeyri-idman hərəkəti)
Qollar: Pərdis Fərcad-Azad, 49
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.

“Sumqayıt”
63. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
(76. Uğur Pamuk, 47)
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
14. Məhəmməd Qurbanov
(10. Tərzin Cahangirov, 60)
15. Nodar Məmmədov
17. Pərdis Fərcad-Azad
18. Aleksandr Çertoqanov (k)
22. Tofiq Mikayılov
(9. Orxan Əliyev, 86)
45. Murad Ağayev
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
1. Andrey Popoviç
6. Mikayıl Rəhimov
8. Budaq Nəsirov
97. Xəyal Nəcəfov

Baş məşqçi: Aqil Məmmədov

“Simurq”
35. Amil Ağacanov
3. Adam Banaş
4. Xuan Alberto
6. Samir Zərgərov
7. Elnur Abdullayev
(88. Marko Stanoyeviç, 49)
11. Draqan Çeran
13. Əli Gökdemir
14. Vüqar Mustafayev
(22. Cihan Özkara, 78)
15. Stepan Polyak
(10. Rəşad Eyubov, 48)
18. Tural Axundov (k)
26. Benjamin Lambot

Ehtiyat oyunçular:
1. Pavel Kapsa
5. Vadim Abdullayev
8. Patrik Osiako
20. İdan Vaytsman

Baş məşqçi: George Çixradze

Topaz Premyer Liqasında 31-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Simurq"la qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Komandamızdan yeganə qolu 49-cu dəqiqədə Pərdis Fərcad-Azad vurub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Simurq”a qarşı oyunlarımız həmişə ağır keçib. Bu gün keçirilən oyuna yaxşı hazırlaşmışdıq. Bütün kollektiv qələbəyə köklənmişdi. Uzun fasilədən sonra qələbə qazandığımız üçün şadam. Azarkeşləri, oyunçuları təbrik edirəm. Düşünürəm ki, bu qələbə bizə qara zolaqdan çıxmaq üçün əlavə üstünlük verəcək”.

George Çixradze (“Simurq”un baş məşqçisi): “Futbolçuları oyuna kökləmək çox çətin idi. Komanda avrokuboklara getmək şansını kubokda məğlub olmaqla itirmişdi. Bu baxımdan bizim üçün çətin idi. Bütün bunlara baxmayaraq, oyuna pis başlamadıq. İkinci hissədə müdafiədə səhv etdik. Bundan sonra şanslarımız olsa da, hesabı bərabərləşdirə bilmədik”.