22/04/2015

"Sumqayıt" FK "Simurq"la oyunun hazırlığını davam etdirir


Premyer Liqanın son turunda AZAL-la səfərdə heç-heçə edən "Sumqayıt" Futbol Klubu növbəti turda "Simurq"la üz-üzə gələcək. Bu oyun üçün hazırlığlarını "Kapital Bank Arena"da davam etdirən Aqil Məmmədovun komandası tam heyətlə hazırlaşır. Yalnız kapitan Ruslan Poladov yüngül zədəsi olduğu üçün fərdi məşq edir.

Qeyd edək ki, "Sumqayıt" - "Simurq" oyunu aprelin 25-də saat 17:00-da "Kapital Bank Arena"da keçiriləcək.