18/04/2015

"Sumqayıt" FK AZAL-la qarşılaşmadan 1 xalla ayrılıb


AZAL - Sumqayıt 1:1
17 aprel 2015. Saat 16:00. “AZAL Arena”, 250 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Elman Musayev, Elşən Acalov
Dördüncü hakim: Etibar Həsənov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Seymur Əsədov, 44 (qeyri-idman hərəkəti); Xuan Fransisko, 62 (qeyri-idman hərəkəti) // Cəmil Hacıyev, 64 (sistematik qayda pozuntusu)
Qollar: Valeriy Kutsenko, 75 // Məhəmməd Qurbanov, 90+1
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

AZAL
16. Stanislav Namaşko
3. Xuan Fransisko
15. Oskars Klava
21. Novruz Məmmədov
18. Orxan Lalayev
4. Laşa Kasradze
9. Aydın Qasımov
(10. Nicat Qurbanov, 63)
8. Seymur Əsədov
(5. Kərim Diniyev, 58)
13. Şəhriyar Rəhimov
(7. Təmkin Xəlilzadə, 90)
25. Valeriy Kutsenko
27. Rəşad Abdullayev (k)

Ehtiyat oyunçular:
85. Kamal Bayramov
22. Eltun Yaqublu
11. Ruslan Nəsirli
24. Azər Məmmədov

Baş məşqçi: Tərlan Əhmədov

“Sumqayıt”
63. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
(14. Məhəmməd Qurbanov, 80)
7. Ruslan Poladov (k)
(76. Uğur Pamuk, 71)
15. Nodar Məmmədov
17. Pərdis Fərcad-Azad
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
45. Murad Ağayev
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
55. Məhərrəm Məhərrəmli
6. Mikayıl Rəhimov
10. Tərzin Cahangirov
50. Aqil Güləhmədov
56. Ruslan Sorokin

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 30-cu turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə AZAL-la heç-heçə edib (1:1). Komandamızdan yeganə qolu 90+1-ci dəqiqədə Məhəmməd Qurbanov vurub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Birinci hissədə 3,4 qol epizodu yaratdıq. Amma istifadə edə bilmədik. AZAL-da isə epizod olmadı. Futbolda isə belə bir qanun var - qol vurmasan, qol buraxacaqsan. Mənə elə gəlir ki, özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik. Bu gün uduza da bilərdik. Başqa nə deyim? “Sumqayıt” komandasına gələn oyunlarda uğurlar arzu edirəm. Sumqayıt şəhərində bəlkə də məndən çox komandanın qələbəsini istəyən yoxdur. Şəxsən mən istəyərdim ki, bu gün bir nəfər gəlsin bizi bu vəziyyətdən çıxarsın. Mənim indi belə bir halım yoxdur. “Sumqayıt” mənim üçün təkcə futbol komandası deyil. Sumqayıtda böyümüşəm, futbola başlamışam. Komandanın qələbə qazanmasını istəyirəm”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Qələbə qazanmaq istəyirdik. Təəssüflər olsun ki, son saniyələrdə qol buraxdıq. Hər halda son oyunlar onu göstərir ki, yayda komandada dəyişikliklər olmalıdır. Əgər oyunçu yaxşı futbol sərgiləmirsə, dəyişikliklərə ehtiyac var. Problem ondadır ki, zədəli oyunçularımız az deyil. Freddi Mombonqo isə cəzalı idi. Bu problemə görə meydançaya gənc Aydın Qasımovu buraxmışdıq. Heyətdəki problemlər mənim işimi çətinləşdirir. Bütün bunlara baxmayaraq, 1 xal qazandıq. Bir xal da qənimətdir”.