09/04/2015

"Sumqayıt" FK "Bakı" ilə heç-heçə edib


"Sumqayıt" - "Bakı" 0:0
9 aprel 2015. Saat 17:00. Kapital Bank Arena, 1000 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Coşqun Həsənov
Dördüncü hakim: Nail Nağıyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Cəmil Hacıyev, 65 (qeyri-idman hərəkəti); Tərzin Cahangirov, 70 (qeyri-idman hərəkəti); Budaq Nəsirov, 90 (qeyri-idman hərəkəti) // Nurlan Novruzov, 33 (hakimi aldatmağa cəhd); Qeyrət Əliyev, 63 (qeyri-idman hərəkəti); Georgios Pelagias, 77 (qeyri-idman hərəkəti); Elton Hüseynov, 84 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
7. Ruslan Poladov (k)
9. Orxan Əliyev
10. Tərzin Cahangirov
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
5. Cəmil Hacıyev
76. Uğur Pamuk
(8. Budaq Nəsirov, 61)

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
6. Mikayıl Rəhimov
11. Şahin Əliyev
22. Tofiq Mikayılov
45. Murad Ağayev
97. Xəyal Nəcəfov

Baş məşqçi: Aqil Məmmədov

“Bakı”
12. Elxan Əhmədov
2. Nicat Əsgərov
5. Georgios Pelagias
6. Vüqar Bəybalayev
10. Nurlan Novruzov (k)
11. Tural Qürbətov
(85. Jaba, 87)
19. Eltun Hüseynov
55. Aydın Mustafazadə
(21. Elşad Manafov, 19)
56. Qeyrət Əliyev
77. Ramazan Abbasov
99. Kamil Nurəhmədov
(7. Nuran Qurbanov, 73)

Ehtiyat oyunçular:
1. Elçin Sadıqov
15. Azad Kərimov
35. Qvanzan Maqomedov
45. Mahir Mədətov

Baş məşqçi: İbrahim Uzunca

Topaz Premyer Liqasında 29-cu turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Bakı" ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayınca komandalar meydandan 1 xalla ayrılıb.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Futbolçular sağ olsunlar ki, bacarıqlarını ortaya qoydular. Biz qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, iki eynisəviyyəli komanda mübarizə aparırdı. 1 qol nəticəni müəyyənləşdirəcəkdi. Bunu heç bir komanda edə bilmədi. Məncə, nəticə oyuna görə oldu”.

İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Çox sürətli oyun oldu. Oyunda qol vuran komanda qalib gələcəkdi. Hər iki komanda çox yaxşı mübarizə apardı. Mən hər iki kollektivi təbrik edirəm. Biz akademiyada yetişən oyunçuların hesabına çıxış edirik. Hazırda oyun baxımından əsas problemimiz qol epizodları vaxtı tez düşünməməyimizdir. Buna rəğmən, sürətli oyun gördük. İstədiyimiz də budur”.