06/04/2015

"Sumqayıt" FK U-10, U-11, U-12 və U-13 final mərhələsinə yüksəlib


Həftəsonu AFFA-nın təşkil etdiyi Liqalarda final mərhələsinin oyunları başa çatıb. "Sumqayıt" FK-nun U-13 komandası İOEGİM üzərində 4:1 hesabı ilə qələbə qazanıb. Bu görüşdə komandamızdan qolları Fərid Salamzadə (2) və Nihat Yaqubzadə vurub.

U-12 komandamız da turu qələbə ilə başa vurub. Yetirmələrimiz İOEGİM-i 4:0 hesabı ilə üstələyib. Bu oyunda Alı Alıyev, Murad Əliyev, Rüstəm Hümbətov və Yusifzadə Hüseyn fərqlənib.

"Sumqayıt" FK U-11 isə "Quba" üzərində 4:1 hesabı ilə qələbə qazanıb. Komandamızdan qolları Əli Əlizadə (2), Fərid Abbasov, Süleyman Süleymanov vurub.

Həftəsonu U-10 komandamız da qələbə qazanıb. "Sumqayıt" FK "Sumqayıtspor"u 5:3 hesabı ilə üstələyib. Bu oyunda Kənan Cavadlı (2), Rəvan Əsgərzadə (2) və İbrahim Nağıyev fərqlənib.

Hər dörd komandamız Şimal regionundakı mübarizəni uğurla başa vuraraq final mərhələsinə vəsiqə qazanıb.

"Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası AFFA-nın U-17-lər arasında təşkil etdiyi kubokun cavab oyununda "Bakı"ya 1:2 hesabı ilə məğlub olaraq finala vəsiqə qazana bilməyib. Bu görüşdə komandamızın yeganə qolunu penaltidən Murad Məmmədxanov vurub.