01/04/2015

"Sumqayıt" FK səfərdə "Xəzər Lənkəran"la qarşılaşıb


"Xəzər Lənkəran" - "Sumqayıt" 3:2
1 aprel 2015. Saat 17:00. “Xəzər Lənkəran” mərkəzi stadionu, 1000 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Akif Əmirəli
Dördüncü hakim: Etibar Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Rahid Əmirquliyev, 45 (qeyri-idman hərəkəti); Elşən Rzazadə, 74 (qeyri-idman hərəkəti); Alfred Sankoh, 82 (qeyri-idman hərəkəti); Sadio Tounkara, 85 (qeyri-idman hərəkəti) // Murad Ağayev, 26 (oyunun bərpasını gecikdirdiyinə görə); Nodar Məmmədov, 39 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 86 (pespektivli hücumun qarşısını kəsdiyinə görə)
Qollar: Rasim Ramaldanov, 30; Ruslan Poladov, 63 (ö.q); Adrian Skarlatake, 87 // Slavik Alxasov, 10; Aleksandr Çertoqanov, 69
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

“Xəzər Lənkəran”
19. Vyekoslav Tomiç
3. Rasim Ramaldanov
7. Sadio Tounkara
10. Ağabala Ramazanov
(4. Ruslan Cəfərov, 90+3)
14. Rahid Əmirquliyev (k)
17. Kazım Kazımlı
18. Tural Cəlilov
27. Adrian Skarlatake
63. Alfred Sankoh
(96. Anar Babazadə, 85)
72. Elvin Mirzəyev
99. Mahsun Qəmbərli
(8. Elşən Rzazadə, 46)

Ehtiyat oyunçular:
1. Orxan Sadıqlı
20. Elsevər Bəkirzadə
23. Cavid Bağırzadə
32. Zaman Mirzəzadə

Baş məşqçi: Elbrus Məmmədov

“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
7. Ruslan Poladov (k)
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(9. Orxan Əliyev, 59)
45. Murad Ağayev
76. Uğur Pamuk
(10. Tərzin Cahangirov, 59)
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
5. Cəmil Hacıyev
6. Mikayıl Rəhimov
17. Pərdis Fərcad-Azad
25. Fərid Kərimzadə

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 27-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Xəzər Lənkəran"a 2:3 hesabı ilə məğlub olub. Komandamızdan qolları Slavik Alxasov və Aleksandr Çertoqanov vurub.

Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Biz mətbuat konfransını bir yerdə keçirməyi əvvəlcədən planlaşdırmışdıq. İstəyirdik ki, Aqil Məmmədovla Elbrus Məmmədovun qardaşlığını bütün Azərbaycan görsün. Oyuna gəldikdə, son vaxtlar edilən dəyişikliklər bəhrəsini verdi. Meydançada əzmkar komanda gördüm. Düzdür, ilk dəqiqələrdə bir qədər inamsız çıxış etdik. Amma sonradan hər şey yaxşıya doğru dəyişdi. Qələbəyə görə sevincliyəm”.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Maraqlı oyun alındı. Oyunun gedişi göstərmirdi ki, qələbə kimin olacaq. Sonda qələbəni “Xəzər Lənkəran” qazandı. Səhvlərimiz göz önündədir. Artıq 11 oyundur ki, qələbə qazana bilmirik. Bu uğursuz seriyaya növbəti turda “Bakı” ilə keçiriləcək oyunda son qoymaq istəyirik”.