31/03/2015

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür


Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 97 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.
“Sumqayıt” Futbol Klubu Azərbaycan xalqının kədərinə şərik çıxır, xalqımızın azadlığı uğrunda canlarınından keçən insanlara allahdan rəhmət diləyir.