18/03/2015

"Sumqayıt" FK "Qarabağ"la oyunda qələbə hesabını qoruya bilməyib


"Sumqayıt" - "Qarabağ" 1:2
18 mart 2015. Saat 16:00. “Kapital Bank Arena”, 1500 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Knyaz Əmiraslanov
Dördüncü hakim: Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Akif Məmmədov
Sarı vərəqələr: B. Hüseynov, 54. Reynaldo, 70.
Qollar: M. Ağayev, 50 // Reynaldo, 52, 69.
Artırılan vaxt: II hissədə - 3 dəq.

“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
(10. Tərzin Cahangirov, 81)
7. Ruslan Poladov (k)
9. Orxan Əliyev
14. Məhəmməd Qurbanov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(76. Uğur Pamuk, 85)
45. Murad Ağayev
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
11. Şahin Əliyev
15. Nodar Məmmədov
17. Pərdis Fərcad-Azad
97. Xəyal Nəcəfov

Baş məşqçi: Aqil Məmmədov

“Qarabağ”
13. İbrahim Şehiç
2. Qara Qarayev
5. Maksim Medvedev
9. Reynaldo
(77. Cavid Tağıyev, 90+2)
10. Muarem Muarem
14. Rəşad Sadıqov (k)
17. Vüqar Nadirov
(99. Namiq Ələsgərov, 90+3)
20. Riçard Almeyda
25. Ansi Aqolli
41. Leroy Corc
(7. Namiq Yusifov, 89)
55. Bədavi Hüseynov

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
6. Hacı Əhmədov
18. İlqar Qurbanov
24. Admir Teli

Baş məşqçi: Qurban Qurbanov

Topaz Premyer Liqasında 26-cı turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Qarabağ"la üz-üzə gəlib. Oyunda hesabı 50-ci dəqiqədə komandamızın yarımmüdafiəçisi Murad Ağayev açıb. Lakin 52 və 69-cu dəqiqələrdə Reynaldo Ağdam klubunun qollarına imza atıb.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Qarşıdan gələn Novruz Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Mən nəticədən danışmayacağam. Sadəcə, deyim ki, bu oyundan sonra gedib bir qədər dincəlmək olar. Çoxdandır ki, biz belə oyun sərgiləmirdik. Hesab edirəm ki, Azərbaycanın ən güclü komandasına qarşı yaxşı oynadıq. İki dəqiqəlik də olsa, “Qarabağ”a həyəcan yaşada bildik”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Maraqlı oyun alındı. Düzdür, ilk hissədə qapalı futbol gedirdi, amma ikinci hissədə maraqlı bir oyun alındı. Düşünürəm ki, “Sumqayıt”a qarşı səfərdə oynamaq həmişə ağır olub. Buna baxmayaraq, vacib 3 xalımızı qazandıq”.