16/03/2015

"Sumqayıt" FK-nun akademiyasnın arxada qalan həftədəki nəticələri


"Sumqayıt" Futbol Klubunun akademiyası həftəsonu AFFA-nın təşkil etdiyi Liqalarda çıxışını davam etdirib.
"Sumqayıt" FK U-10 doğma meydanda İEOGİM üzərində 6:1 hesabı ilə qələbə qazanıb. İbrahim Nağıyev (2), Cavidan Hacızadə, Qulamhüseyn Həsənov, Kənan Hüseynli və Kənan Cavadlı qolların müəllifi olub.

"Sumqayıt" FK U-12 də turu qələbə ilə başa vurub. Komandamız "Babək" üzərində 6:0 hesabı ilə qələbə qazanıb. Komandamızdan qolları Alı Alıyev (3), Rüstəm Hümbətov (2) və Hüseyn Yusifzadə vurub.

"Sumqayıt" FK U-13 də arxada qalan həftəni qələbə ilə başa vurub. "Təhsil" üzərində 3:0-lıq qələbədə qolları Samir Məhərrəmli (2) və Hafiz Şirinli vurub.

Paytaxt bölgəsində mübarizə aparan 14 yaşadək futbolçulardan ibarət komandamız isə "Bakı"ya məğlub olub (2:3). Bu oyunda Səxavər Pirmuradov və Məhəmməd Bağırov fərqlənib.

Bundan başqa, "Sumqayıt" FK U-19 "Neftçi"yə (1:6), U-15 isə "Qarabağ"a məğlub olub (1:4).