11/03/2015

"Sumqayıt" FK "Qarabağ"la oyunun hazırlığına start verib


"Sumqayıt" Futbol Klubu "Qəbələ" ilə oyundan sonra iki günlük istirahəti başa vurub. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün "Kapital Bank Arena"da məşqə çıxıb. Komandamızın heyətində zədəli futbolçu yer almır. Son iki turda meydana çıxa bilməyən yarımmüdafiəçimiz Tərzin Cahangirov da artıq kollektivə qoşulub.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu martın 18-də saat 16:00-da "Kapital Bank Arena"da keçiriləcək.