10/03/2015

U-10, U-11, U-12, U-13 qələbə qazanıb, U-14, U-17 və U-16 isə heç-heçə edib


"Sumqayıt" Futbol Klubunun akademiyası həftəsonu AFFA-nın təşkil etdiyi Liqalarda uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, U-10 liqasından U-14 liqasına qədər fasilə artıq başa çatdığından bütün qarşılaşmalar baş tutub.

Mərkəz regionunda mübarizə aparan "Sumqayıt" FK-nun 14 yaşadək futbolçulardan ibarət komandası səfərdə "Neftçi" PFK ilə qarşılaşmadan heç-heçə ilə ayrılıb (1:1). Komandamızdan yeganə qolu Məhəmməd Bağırov vurub.

U-13 Liqasında mübarizə aparan "Sumqayıt" FK U-13 isə UGİM-1 üzərində 2:1 hesablı qələbə qazanıb. Bu görüşdə komandamızın üzvü Nihat Yaqubzadə dubl edib.

"Sumqayıt" FK U-12 də turu qələ ilə başa vurub. Komandamız UGUM-1 klubunu 4:2 hesabı ilə üstələyib. "Sumqayıt" FK U-12-dən qolları Nurlan Bayramov (2), Murad Əliyev və Alı Alıyev vurub.

U-11 komandamız turu böyükhesablı qələbə ilə başa vurub. "Sumqayıt" FK U-11 "Həkəri" FK-nu 9:0 hesabı ilə üstələyib. Bu oyunda Fərid Abbasov (3), Əli Əlizadə (2), Kənan Cavadlı (2), Qütrət Qasımzadə və Fərid İlyaslı fərqlənib.

"Sumqayıt" FK U-10 "Sumqayıtspor" üzərində 4:2 hesablı qələbə qazanıb. Komandamızdan qolları İbrahim Nağıyev (2), Nüsrət Fərzəli və Kənan Cavadlı vurub.

AFFA-nın təşkil etdiyi kubokda uğurlu çıxışı ilə diqqət çəkən "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası 1/2 finalın ilk oyununda səfərdə "Bakı" ilə bərabərə qalıb (1:1). Bu oyunda yeganə qolumuzu penaltidən Murad Məmmədxanlı vurub.

Ötən həftə U-16 komandamız "Kapital Bank Arena"da "Qəbələ" ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Vüsal Buludlu vurulan yeganə qolun müəllifi olub.

Ötən həftə yalnız "Sumqayıt" FK U-19 məğlubiyyətlə üzləşib. 19 yaşadək futbolçulardan ibarət komandamız "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.