09/03/2015

"Sumqayıt" FK "Qəbələ" ilə qarşılaşıb


"Qəbələ" - "Sumqayıt" 2:0
8 mart 2015. Saat 18:00. Qəbələ şəhər stadionu, 300 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vüqar Bayramov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev
Dördüncü hakim: Rza Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Ürfan Abbasov, 45 (qeyri-idman hərəkəti); Elvin Camalov, 51 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 51 (qeyri-idman hərəkəti); Bəxtiyar Soltanov, 59 (qeyri-idman hərəkəti); Ruslan Fomin, 70 (qeyri-idman hərəkəti) // Bəxtiyar Həsənalızadə, 14 (qeyri-idman hərəkəti)
Qollar: Viktor Mendi, 23, 34
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

“Qəbələ”
22. Dmitri Bezotosnı
4. Elvin Camalov
6. Rəşad Sadiqov
(16. Ruslan Tağızadə, 90+1)
9. Viktor Mendi
(18. Ruslan Fomin, 70)
14. Cavid Hüseynov (k)
19. Aleksey Qay
27. Bəxtiyar Soltanov
32. Mixail Sivakov
34. Ürfan Abbasov
44. Rafael Santos
90. Ekiqo Ehiosun
(20. Rikardinyo, 81)

Ehtiyat oyunçular:
30. Anar Nəzirov
5. Sadiq Quliyev
25. Adrian Ropotan
99. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
(9. Orxan Əliyev, 70)
7. Ruslan Poladov (k)
8. Budaq Nəsirov
14. Məhəmməd Qurbanov
17. Pərdis Fərcad-Azad
(76. Uğur Pamuk, 62)
22. Tofiq Mikayılov
45. Murad Ağayev
92. Bəxtiyar Həsənalızadə
(15. Nodar Məmmədov, 46)

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
6. Mikayıl Rəhimov
21. Ramil Orucov
97. Xəyal Nəcəfov

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): "Birinci hissəyə çox pis başladıq. İkinci hissədə toparlanıb oyunda tarazlıq yaratdıq. Amma qol vura bilmədik. Müdafiədə yaxşı oynayırıq, hücumda isə çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdır. "Qəbələ"yə uğurlar arzulamaq istəyirəm".

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): "Qələbə qazandığımıza görə şadam. Liderlərdən geridəyik və hər oyun meydançaya 3 xal üçün çıxmalıyıq. Birinci hissədəki oyunumuzdan razıyam. İkinci hissədə hesabı qorumağı tapşırmamışdım. Sadəcə, oyunçuların psixologiyası tam formalaşmıyıb. Onlar başa düşməlidir ki, 2-0 sürüşkən hesabdır. Sona kimi oynamaq lazımdır. Ümumilikdə, oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm".