03/03/2015

"Sumqayıt" FK U-15 "Simurq"a qalib gəlib, U-11 isə turnirin qalibi olub


AFFA-nın təşkil etdiyi U-15 Liqasında növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 15 yaşadək futbolçulardan ibarət komandası "Kapital Bank Arena"da "Simurq"u 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Cavanşir Qaçayzadə və Cavid Quliyev (2 qol) vurub.

"Bakcell U-17 Liqası"nda mübarizə aparan "Sumqayıt" FK U-17 "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub. Komandamızdan yeganə qolu isə Vüsal Buludlu vurub.

Bundan başqa, Sumqayıt Şəhər Gənclər və  İdman Baş İdarəsi 5 mart idman günü ilə əlaqədar şəhərdə 11 yaşadək futbolçular arasında futbol turniri təşkil edib. "Sumqayıt" FK-nun 11 yaşadək futbolçulardan ibarət komandası turnirin həlledici görüşündə "Təhsil"i penaltilər sonrası məğlubiyyətə uğradaraq qalib adını qazanıb.