03/03/2015

"Sumqayıt" FK "Qəbələ" ilə oyunun hazırlığına başlayıb


Topaz Premyer Liqasının 25-ci turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu istirahəti başa vuraraq hazırlığa başlayıb. Komandamız səhər məşqində daha çox fiziki hazırlıq üzrə çalışıb. Ötən tur zədə səbəbindən "Neftçi" ilə görüşdə iştirak edə bilməyən Tərzin Cahagirov artıq fərdi məşqlərə başlayıb. Onun növbəti oyunda meydana çıxıb-çıxmayacağı məlum deyil. "Sumqayıt" FK-nun növbəti məşqi saat 16:30-da olacaq.

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" martın 8-də keçiriləcək.