28/02/2015

"Sumqayıt" FK "Neftçi"yə minimal hesabla məğlub olub


"Sumqayıt" - "Neftçi" 0:1
28 fevral 2015. Saat 16:00. “Kapital Bank Arena”, 1200 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Elşən Acalov
Dördüncü hakim: Xəlil Xəlilov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 44 (qeyri-idman hərəkəti); Orxan Əliyev, 45+1 (bilərəkdən əllə oyun) // Məqsəd İsayev, 11 (qeyri-idman hərəkəti); Əziz Quliyev, 69 (qeyri-idman hərəkəti); Nikolas Kanales, 75 (qeyri-idman hərəkəti)
Qol: Nikolas Kanales, 83
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
7. Ruslan Poladov (k)
9. Orxan Əliyev
(17. Pərdis Fərcad-Azad, 46)
14. Məhəmməd Qurbanov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
45. Murad Ağayev
(76. Uğur Pamuk, 82)
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
6. Mikayıl Rəhimov
8. Budaq Nəsirov
11. Şahin Əliyev
15. Nodar Məmmədov

Baş məşqçi: Aqil Məmmədov

“Neftçi”
1. Aqil Məmmədov
2. Karlos Kardozo
3. Denis Silva
9. Flavinyo (k)
(7. Araz Abdullayev, 64)
10. Julius Vobay
(22. Rauf Əliyev, 80)
11. Nikolas Kanales
15. Erik Ramos
16. Əziz Quliyev
19. Mirhüseyn Seyidov
(17. Rəhman Hacıyev, 55)
21. Samir Məsimov
27. Məqsəd İsayev

Ehtiyat oyunçular:
30. Saşa Stamenkoviç
4. Rahil Məmmədov
18. Kaue da Silva
95. Elvin Bədəlov

Baş məşqçi: Arif Əsədov

Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Neftçi"nin qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qonaqlar minimal hesabla məğlub olub. "Neftçi"dən yeganə qolu 83-cü dəqiqədə Nikolas Kanales vurub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Oyun barədə onu deyə bilərəm ki, öz səhvimizdən uduzduq. Məncə, “Neftçi” bizdən üstün oynamadı. Bərabərsəviyyəli oyun izlədik. Sadəcə, “Neftçi” bir səhvdən yararlanıb, qol vurdu. Orxan Əliyevin formada olmadığını demək düzgün olmaz. Sadəcə, düzgün futbol oynamır”.

Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Sumqayıtda oynamaq həmişə çətin olur. Bu gün də çətinliklə üzləşdik. Buna baxmayaraq, futbolçular sona qədər döyüşdülər. 3 xalı qazandığımız üçün şadam. Bir neçə matçdır ki, süni meydançalarda oynayırıq. Ağırdı. Lakin gec də olsa, qol vurduq. Biz öz oyunlarımızı oynamalı və mübarizə aparmalıyıq. Nforun zədəsi var. Futbolçu sabahdan etibarən məşqlərə başlayacaq. Hazırda “Neftçi”də rəqabət mövcuddur. Futbolçuların hər birinə şans vermək niyyətindəyik”.