26/02/2015

Xocalı Soyqırımı ilə əlaqədar şəhidlərimiz anılıb


1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Həmin hadisədən artıq 23 il ötür. “Sumqayıt” Futbol Klubu Azərbaycan xalqının kədərinə şərik çıxır, Vətənimizin azadlığı uğrunda canlarınından keçən insanların yaxınlarına səbr diləyir. Bu məqsədlə, "Sumqayıt" Futbol Klubunun rəhbərliyi, A komandanın məşqçi və futbolçu heyəti, veteran futbolçular, akademiyanın məşqçi heyəti Sumqayıt şəhərində yerləşən Xocalı abidəsini ziyarət edərək şəhidlərimizi anıb.

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!