23/02/2015

"Sumqayıt" FK "Neftçi" ilə oyunun hazırlığını davam etdirir


Topaz Premyer Liqasının son turunda səfərdə "Simurq"la heç-heçə edən (1:1) "Sumqayıt" Futbol Klubu iki günlük istirahəti başa vurub. Aqil Məmmədovun komandası dünəndən etibarən "Kapital Bank Arena"da "Neftçi" ilə oyunun hazırlığına start verib. Komandamız tam heyətlə hazırlaşa bilmir. Belə ki, 3 futbolçumuz Andrey Popoviç, Məhəmməd Qurbanov, Orxan Əliyev A millinin, Şahrudin Məhəmmədəliyev, Cəmil Hacıyev U-21-in və Budaq Nəsirovla Fərid Kərimzadə isə U-19-un düşərgəsində yer alır. Komandamız səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb. "Sumqayıt" FK-nun növbəti məşqi isə axşam saat 16:30 başlayacaq.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti oyununu fevralın 28-də "Kapital Bank Arena"da "Neftçi"yə qarşı keçirəcək.