19/02/2015

"Sumqayıt" FK Zaqatalada "Simurq"la heç-heçə edib


"Simurq" - "Sumqayıt" 1:1
19 fevral 2015. Saat 17:00. Zaqatala şəhər stadionu, 800 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Kamran Bayramov
Dördüncü hakim: Xəlil Xəlilov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Xuan Alberto, 46 (qeyri-idman hərəkəti) // Bəxtiyar Həsənalızadə, 31 (qeyri-idman hərəkəti); Tofiq Mikayılov, 90+2 (oyunun bərpasını gecikdirdiyinə görə)
Qollar: Draqan Çeran, 45+1 // Məhəmməd Qurbanov, 39
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Simurq”
1. Pavel Kapsa
2. İlkin Qırtımov (k)
4. Xuan Alberto
8. Patrik Osiako
(7. Elnur Abdullayev, 66)
9. Mirzağa Hüseynpur
(6. Samir Zərgərov, 46)
10. Rəşad Eyyubov
11. Draqan Çeran
14. Vüqar Mustafayev
(22. Cihan Özkara, 75)
15. Stepan Polyak
18. Tural Axundov
20. İdan Vaytsman

Ehtiyat oyunçular:
35. Amil Ağacanov
3. Adam Banaş
5. Vadim Abdullayev
26. Benjamin Lambot

Baş məşqçi: George Çixradze

“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
7. Ruslan Poladov (k)
9. Orxan Əliyev
(45. Murad Ağayev, 89)
10. Tərzin Cahangirov
14. Məhəmməd Qurbanov
(17. Pərdis Fərcad-Azad, 90+2)
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
6. Mikayıl Rəhimov
15. Nodar Məmmədov
95. Samir İbrahimov
97. Xəyal Nəcəfov

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu Zaqatalada "Simurq"la üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızdan yeganə qolu 39-cu dəqiqədə Məhəmməd Qurbanov vurub. Qarşılaşmadan sonra mətbuat konfransında baş tutan məşqçi fikirlərini nəzərinizə çatdırırıq.

Georgi Çixradze (“Simurq”un baş məşqçisi): “Sürətli oyun oldu. Komandalar mübarizə apardılar. Bizim problem o idi ki, şanslardan istifadə edə bilmədik. Düzdür, qol buraxdıqdan sonra hesabı bərabərləşdirə bildik. Sadəcə, bərabərlik qolundan sonra nə qədər çalışsaq da, qələbə qolunu vura bilmədik”.

Aqil Məmmədov ("Sumqayıt"ın baş məşqçisi): “Maraqlı oyun alındı. İlk hissədə baxımlı futbol sərgiləyə bilməsək də, ikinci hissədə vəziyyəti dəyişdik. Futbolçularım sona qədər mübarizə apardılar. Deyərdim ki, bu gün heç nə itirmədik, 1 xal qazandıq. Qazanılan xala görə sevinirəm”.