15/02/2015

"Sumqayıt" FK AZAL oyununda qalib müəyyənləşməyib


"Sumqayıt" - AZAL 0:0
15 fevral 2015. Saat 16:00. “Kapital Bank Arena”, 500 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Rəvan Həmzəzadə, Coşqun Həsənov
Dördüncü hakim: Xəlil Xəlilov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 15 (qeyri-idman hərəkəti); Məhəmməd Qurbanov, 74 (hakim qərarına etiraz); Pərdis Fərcad-Azad, 75 (hakimi aldatmağa cəhd) // Novruz Məmmədov, 45 (sistematik qayda pozuntusu); Seymur Əsədov, 50 (qeyri-idman hərəkəti); Orxan Lalayev, 90+2 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
7. Ruslan Poladov (k)
(17. Pərdis Fərcad-Azad, 68)
8. Budaq Nəsirov
9. Orxan Əliyev
(15. Nodar Məmmədov, 85)
14. Məhəmməd Qurbanov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
6. Mikayıl Rəhimov
11. Şahin Əliyev
45. Murad Ağayev
50. Aqil Güləhmədov

Baş məşqçi: Aqil Məmmədov

AZAL
16. Stanislav Namaşko
4. Laşa Kasradze
18. Orxan Lalayev
21. Novruz Məmmədov
3. Xuan Fransisko
8. Seymur Əsədov
(5. Kərim Diniyev, 75)
17. Viktor İqbekoyi
23. Aleksandr Şemonayev
25. Valeriy Kutsenko
27. Rəşad Abdullayev (k)
(7. Təmkin Xəlilzadə, 89)
20. Freddi Mombonqo
(9. Aydın Qasımov, 85)

Ehtiyat oyunçular:
1. Ruslan Məcidov
13. Şəhriyar Rəhimov
15. Oskars Klava
22. Eltun Yaqublu

Baş məşqçi: Tərlan Əhmədov

Topaz Premyer Liqasında 22-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da AZAL-la heç-heçə edib.

Bu arada, Azərbaycan futbolunun canlı əfsanəsi, Sumqayıtda anadan olmuş veteran futbolçumuz Nazim Süleymanovun 50 yaşı tamam olur. Bu münasibətlə "Sumqayıt" FK-nun rəhbərliyi AZAL-la oyundan qabaq Nazim Süleymanovu təbrik edib. Tədbir zamanı, klubun prezidenti Kamran Quliyev yubilyara "Sumqayıt" Futbol Klubunun üzərində 50 nömrə yazılmış idman geyimini və xüsusi hədiyyəni təqdim edib.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Bakı” ilə oyundan sonra futbolçularda bir qədər ruh düşkünlüyü vardı. Bilirdim ki, AZAL ilə matç bizim üçün çətin olacaq. Sevindirici haldır ki, ardıcıl 3 oyundur qol buraxmırıq. Müdafiəçilərdən razı, hücumameyilli oyunçulardan narazıyam. Deyərdim ki, bu gün nəticə oyuna görə oldu”

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Sumqayıta 3 xal üçün gəlmişdik. Amma 1 xal qazandıq. Bundan öncəki 3 oyunda yaxşı mübarizə aparmışdıq. Bu gün qalib gəlməli olduğumuz oyunda 1 xalla kifayətləndik. Etiraf edim ki, mübariz komandaya qarşı oynadıq. “Sumqayıt”la qış fasiləsi zamanı yoldaşlıq görüşləri keçirmişdik. Bu mənada oyunçularım bir az arxayın idilər. Matç başa çatdıqdan sonra futbolçularla söhbət etdim. Dedim ki, bu matçı unudub, “İnter”lə oyuna hazırlaşmalıyıq. Edu zədəlidir, Nicat Qurbanov da sıradan çıxdı. Əgər Nicat olsaydı, meydançaya başqa heyət buraxacaqdım”.